Məhəbbət Kazımovun oğlundan Könül Kərimovaya ismarıc: "Öləndən sonra danışmağa nə var ki..."

img

07-09-2021 [17:33]


Müğənni Könül Kərimova mərhum əməkdar artist Məhəbbət Kazımovun ifasında sevilən, onun bəstəsi kimi bilinən “Laçınım” mahnısının özünə məxsus olduğunu açıqlayıb.

O, bunu bir neçə nəfərin - Manaf Ağayev, Elşad Qarayev, Yusif Mustafayev və Vasif Məhərrəmlinin bildiyini deyib. Lakin üçülüyün iki üzvü - Məhərrəmli və Mustafayev məsələdən xəbərdar olmadıqlarına israr ediblər.

Mia.az xəbər verir ki, mövzu haqda sherg.az-a danışan M.Kazımovun oğlu Rəşid Kazımov “Laçınım” mahnısını atasının yazdığını xüsusi vurğulayıb:

“Könül xanım bəstəkar deyil. Buradan ona sual vermək istəyirəm, dediyi kimidirsə, niyə indi mahnı bəstələmir? Özü də danmır ki, onu Məhəbbət Kazımov sənətə gətirdi. Kərimovanın yerində başqaları da ola bilərdi. Seçimi belə etdilər, onu qabağa çəkdilər. Bir yerdə işlədilər. Sözügedən mahnının müəllifi atamdır. Hətta mənim şahidlərim də var. O vaxt Məhəbbət Kazımov tək çalışırdı. Adıçəkilən insanlar - Yusif Mustafayev, Manaf Ağayev indiki kimi tanınmırdılar. Konül Kərimova mahnı bəstələmişdisə, niyə bunu atam sağ olanda demirdi? Öləndən sonra danışmağa nə var ki. Cəsarəti çatırdısa, özünə güvənən bir bəstəkar idisə, o vaxt deyərdi. Axı olmayıb belə bir şey. Ola da bilməzdi! Ümumiyyətlə, Könül kim idi ki?! Tanınmırdı, onu atam məşhurlaşdırdı.

Mahnı Məhəbət Kazımovundur. “Laçınım”la bağlı bu iddialar davam etsə, məsələni məhkəmədə həll edəcəm. İkimiz də uşaq deyilik. “Onu mən yazmışam, bunu mən yazmışam”, - deyir. Özü də hər dəfə biabır olur. Çünki insanlar hər şeyi gözəl bilirlər. Ümid edirəm ki, Könül xanım bundan sonra səhvini anlayar, çox irəli getməz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR