Daş dövrünün “hay” həyatı, yaxud Qars müqaviləsinə məhəl qoymayan etnosun acı sonluğu... - Dosent yazır

img

07-09-2021 [12:15]


Əli Cabbarov,

Naxçıvan Dövlət Universitetinin dosenti

***

Yüz illik dövr yubileylər üçün ən yaxşı zaman bölümü olmaqla bərabər, həm də keçmişin, indiki dövrün və gələcək nəsillərin tarixi gerçəklikləri bir arada yaşaya bilməsi üçün də ən rasional bir müddətdir.

Bu mənada, son yüz il ərzində xalqımızın yaddaşında dərin izlər qoymuş hadisələrin təhlili onu deməyə əsas verir ki, tarixi dərindən öyrənib və öyrətmədən bir zamanlar baş vermiş yaxşı-yaman hadisələrin qısa zamanda unudulması da qaçınılmazdır ki, bu da zamanla ermənilər kimi bədnam qonşularımızın faşizm xislətinin və onları alət edən beynəlxalq qüvvələrin məkrli siyasətinin bizə vurduğu dəhşətli zərbələrlə nəticələnmişdir. Bu mənada, Naxçıvanın Azərbaycan Respublikası tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə qarantiya verən Qars müqaviləsinin 100 illiyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı böyük tarixi əhəmiyyət daşıyır.

13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsi Birinici dünya müharibəsinin sona çatması və bundan sonra Avropada yeni yaranan dövlətlər arasında sərhədlərin şəkilləndiriliməsi üzrə aparılan siyasi danışıqlar ərəfəsində bağlanılaraq tarixdə dərin iz buraxıb. O zaman Türkiyə, Rusiya, Azərbaycan, Gürsüstan və Ermənistan dövlətləri arasında aparılan danıqışların nəticəsində Naxçıvanın Azərbaycanın tərkibində toxunulmazlığı birdəfəlik olaraq təsbit olunmuşdur. Bundan sonrakı dövr isə indki kimi məğlub durumda olsa da belə yerində rahat otura bilməyən ermənilərin sovet dövründəki min-bir fitnə-fəsadları nəticəsində əslində Qars müqaviəsi ilə qəti şəkildə müəyyənləşdirilmiş sərhədlərin pozulması ilə nəticələnmişdir. Bu isə ötən dövr ərzində ölkəmizin yurd qeyrətli alimlərini və siyasətçilərini narahat etmişdir ki, onlardan biri də 100 illik yubileyinə hazırlaşdığımız Şərq qapısı qəzetinin 1998-ci il 4 fevral tarixli sayında “Qars müqaviləsinə məhəl qoyulmadığından…” başlıqlı yazı ilə çıxış edən görkəmli coğrafiyaşünas alim Səfəralı Babayev olmuşdur.

Qars müqavləsi mövzusu son dövrlərdə aktual olmaqla çox sayda alim və tədqiqatçı jurnalistin diqqətini cəlb etməkdədir. Xüsusən, yaxın keçmişimizdə Qarabağı işğal edərək Naxçıvan ərazilərinə də iştahlanan ermənilərin çirkin niyyətlərinə qarşı tutarlı arqumentlərlə çıxış etmək baxımından bu tarixi sənəd həmişə əldə əsas olub. Məkrli ermənilərə heç zaman, heç bir yerdə inanmamağı, onların yalvarışlarının belə təhlükəli olduğunu bu məqaləsində israrla qeyd edən mərhum alim Səfəralı Babayev də tarixi Qars müqaviləsinin əhəmiyyətini sadə dil üslubu və dərin elmi arqumentlərlə izah edərək, əslində, bu müqavilənin bağlanılmasından sonra Naxçıvana aid ərazilərin ermənilər tərəfindən necə “oğurlandığını” açıq dəlillər və tarixi sənədlərlə oxuculara çatdırır. Belə ki, yazıda da qeyd olunduğu kimi bir zamanlar, yəni Azərbaycan Xalq

Cumhuriyyəti dövründə 114 min kvadrat kilometrlik əraziyə malik olmuş ölkəmizin tarixi Zəngəzur torpaqlarının itirilməsi ilə paralel olaraq Naxçıvan Muxtar Respublikasının da Qars müqaviləsinə əsasən təsbit olunmuş ərazisinin 1929-cu ildən sonra 625 kavadrat kilometrinin tədricən “yox olaraq” Ermənstana birləşdirilməsi prosesləri getmişdir. Şübhəsiz, mərkəzi Moskva hakimiyyətin gizli himayəsindən ürəklənən həyasız ermənilər müxtəlfi bəhanələr gətirərək nəyin bahasına olursa olsun bunu həyata keçirməyə çalışmışlar. Nəticədə, məqalədə də göstərildiyi kimi 1928, 1932, 1942 və 1963-cü illərdə çəkilmiş topoqrafik xəritələrdə ermənilərin ələ aldıqları kartoqraflar tərəfindən saxtakarlıqlara yol verilərək tədricən on minlərlə hektar Naxçıvan torpaqları indiki Ermənistan ərazilərinə qatılmışdır. Bunlar da o zamankı Azərbaycan rəhbərliyinin “gözündən qaçmaqla” sonralar cəzasız qalan ermənilərin daha da quduzlaşmasına, necə deyərlər, arxazəmini yaratmışdır.

Bəs Naxçıvanın həmin itirilmiş əraziləri hansılardır? Əslində, bu gün ildönümü yaxınlaşan 44 günlük şanlı Vətən müharibəsindən sonra təslim olmuş işğalçı Ermənistandakı tarixi yurd yerlərimiz olan Qərbi Zəngəzur və ona bitişik ərazilərdəki bu torpaqlar bir zamanlar bütöv Azərbaycanın tərkib hissəsi olmuşdur. Məqalədə də göstərildiyi kimi Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvana məxsus olmuş Sədərəyin Kərki kəndinə aid olan ərazilərin böyük bir hissəsi, eləcə də Şərur rayonunun Xaçik, Horadiz, Şahbuz rayonunun ərazisi olmuş Oğbin, Sultanbəy, Ağxəç, Ses, Almalı və İtqıran kəndləri ilə yanaşı Ordubad rayonuna məxsus olmuş Qorçevan kəndləri və eləcə də Kilit kəndinin torpaqlarının bir hissəsi bu yolla erməni təcavüzünün qurbanları olmuşlar. Əsində, bir zamanlar bu kəndləri yaxşı tanıyan indki ahıl və nisbətən yaşlı nəslin insanlarının söhbətlərindən xatırlayırıq ki, hələ sovetin “yenidənqurmasına” qədər azərbaycanlılar yaşamış bu yaşayış məntəqələri ilə həmsərhəd olan Naxçıvan kəndləri sakinlərinin köhnədən qalma tanışlıqları və hətta qohumluq əlaqələri də qorunub saxlanılırdı, onlar arasında gediş-gəliş də var idi… 1988-ci ildən başlanan hadisələrin nəticələri isə artıq hər kəsə məlumdur.

Tarix göstərir ki, ermənilər hər kəsin imza atıb hörmət etdiyi beynəlxalq sənədlərə məhəl qoymayan və bəzi hallarda da bundan qazanclı çıxan dünyadakı tək bir etnik qrupdur. Ancaq, necə deyərlər, zaman dəyişilmiş və astarı üzündən daha təhlükəli olan erməni sifətini artıq bütün aləm tanıyır. Bu gün otuz illi işğalçı sərxoşluğundan sonra müzəffər Azərbaycan Ordusunun təpəsinə vurduğu dəmir yumruqdan sərsəmləyən erməni cəmiyyəti gündüzlər bir-birini didib, gecələr də revanşist xəyallarla bir növbəti sabah üçün narahat yuxuya dalır. Və belə görünür ki, bu yuxudan da heç vaxt ayılmayacaqlar. Ayılsalar da bəşər sivilizasiyasının düz min il gerisində qalıb, daş dövründəki kimi primitiv “hay” həyatına davam edəcəklər.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR