Xoşqədəm qarşısının çirkin vasitələrlə kəsildiyini deyir: "Hətta “arvadımı efirdən qov, əvəzində böyük məbləğdə pul göndərirəm” deyənlər olub"
06-09-2021 [13:25]
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbədəki hesabında maraqlı fakt açıqlayıb.
Mia.az xəbər verir ki, o, bu günə qədər çox təhqir edildiyini, qarşısının çirkin vasitələrlə kəsildiyini deyib:
"Hətta mənə “arvadımı efirdən qov, əvəzində böyük məbləğdə pul göndərirəm” deyənlərdə olub. Düşünə bilirsiniz, mən hansısa kişinin uşağının hüququnu müdafiə edirəm, o kişi uşağını müdafiə etməyim deyə mənə pul göndərir. Balasını yox, adı birlikdə çəkilən qadının maraqlarını müdafiə edir. O pulu mən almıram, amma hansısa məhkəmə sədrinin müavininin köməkçisi, hansısa hakim alıb, məhkəmənin qərarına təsir etməyə çalışır”.
O, illər əvvəl yardım etdiyi Aytac adlı qızın bu gün jurnalistika tələbəsi olduğunu qeyd edib. Hidayətqızı Aytaca öz yanında iş verəcəyini açıqlayıb:
“Düşünün, heç bir qohumluq əlaqəmin olmadığı, döyülən, əzilən qadın və uşaqlar üçün necə savaşlar verirəm. O qadınlar üçün məhkəmələrdə qalıram.
Bu gördüyünüz qız Aytacdır. Üç il əvvəl hüququnu müdafiə etdiklərimdən biridir. Atası onu məktəbə qoymurdu. Ata doğma valideynlərini baltalayıb meşədə gizlənirdi, təslim olmurdu. Bax, o zaman Aytac mənə üz tutdu. Böyük mücadilə verdim. Yenə söyüldüm, “Xoşqədəm gənc qızları evdən qaçırdır” deyə sosial şəbəkələrdə haqsız təhqirlərə məruz qaldım, amma hər zamankı kimi doğru bildiyim yoldan dönmədim. Aytacın atası sayəmdə ay yarım sonra polisə təslim oldu, ailə hüzura qovuşdu, Aytac məktəbə bərpa olundu. Bir an belə unutmadım Aytacı. Və bu gün səhərimi Aytacın mənə göndərdiyi təşəkkür videosuyla acdım. Nə yalan deyim sevincimdən ağladım, axı burda böyük əmək, mübarizə və gözəl nəticə vardı. İndi o söyənlər sona qədər videonu izləsin, inanmıram məndən üzr istəsinlər, amma elə bu videonu sona qədər izləmək onlara ən böyük təhqirdir! Mən doğru bilmədiyim heç bir yola çıxmıram, inanmadığım heç bir işin arxasınca getmirəm! Təbii, o yolda əziyyətlər çəkərəm, amma sonda qalib mənəm, bax, bu videoda olduğu kimi. Aytacı bundan sonra da dəstəkləyəcəm. Dərsdən sonra mənim yanımda çalışacaq, əməkhaqqı alıb bütün xərclərini özü ödəyəcək. Onun ən böyük arzusu Xoşqədəm xalası kimi jurnalist olmaq idi və oldu! Təbriklər, mənim ağıllı qızım”.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)