Əsgər hərbçi yoldaşını silahla vurub

img

10-02-2014 [11:00]


Azərbaycan ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində qeydə alınıb. 
Hərbi hissənin əsgəri, 20 yaşlı Zamin Malik oğlu Məmmədovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun əsgər yoldaşı, 20 yaşlı Elnur Sahib oğlu Əhmədova dəyib. Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törədən R. Məmmədov Quba, E. Əhmədov isə Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA