Əməkdar artist Tamilla Ağamirova vəfat edib

img

01-09-2021 [16:35]


Azərbaycan SSR-in Əməkdar artisti Tamilla Ağamirova ömrünün 94-cü ilində vəfat edib.

Bu barədə “Romen” teatrından məlumat veriblər.

Xatırladaq ki, 2021-ci il iyulun 2-də onun həyat yoldaşı, SSRİ Xalq artisti, “Romen” teatrının bədii rəhbəri Nikolay Sliçenko vəfat edib.

Tamilla Ağamirova 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirib. 1952-ci ildən etibarən fəaliyyət göstərdiyi "Romen" teatrında baş rollar ifa edib. O, daha çox “Don Kixot”, "Onun böyük ürəyi", "Əsl dost", "Matteo Falkone", "Kuba novellası", "Stalinqrad" filmlərində, həmçinin “Romen” teatrının səhnəsində canlandırdığı rollara görə tanınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR