Ölkənin ən böyük gənclər festivalı başa çatıb - FOTO
30-08-2021 [14:47]
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən, bu il mərhələli şəkildə 750 gəncin iştirak etdiyi “Yay Fest” yekunlaşıb.
Mia.az xəbər verir ki, Şamaxı Astrofizika rəsədxanasında “Ulduzlara doğru” devizi ilə bir ay ərzində keçirilən festival “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” mövzularında baş tutub.
Düşərgələrin hər birində iştirakçılar Şamaxı rayonunda yerləşən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dövlətçilik, Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı təlimlərə qatılıblar. Festival iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin mahiyyəti və gənclərə yaratdığı imkanlar barədə geniş məlumatlandırılıblar. Festival müddətində gənclər düşərgə ərazisində hazırlanmış əyləncə sahələrində asudə vaxtlarını keçirib, mövzulara uyğun interaktiv təlimlərə qatılıb, qonaq qismində iştirak edən müxtəlif sahələrdən olan məşhur simalar və bloqerlərlə görüşlərdə iştirak ediblər. Gənclərin Vətən müharibəsinin iştirakçıları olan qazilərlə görüşləri keçirilib, peşəkar təlimçilərin hərbi-vətənpərvərlik və şəxsi inkişafla bağlı təlimlərinə cəlb olunublar. Həmçinin, iştirakçılar üçün Buğurt qalası və Çuxuryurd gölünə səfərlər təşkil olunub, onlar Astrofizika rəsədxanası ilə yaxından tanış olublar. Hər günün sonunda kino axşamları və məşhur ulduzlarla konsertlər təşkil edilib.
Təəssüratlarında unudulmaz xatirələr, möhkəm dostluqlar və dəyərli təcrübələr qazandıqlarını bildirən festival iştirakçıları, düşərgə boyunca keçirdikləri əyləncəli və maarifləndirici anları aktiv formada sosial media hesablarında paylaşıblar.
Qeyd edək ki, düşərgənin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar müəyyən etdiyi qayda və tövsiyələr nəzərə alınmaqla, yalnız COVİD-19 pasportu olan şəxslərin iştirakı təmin olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə bu il “Ulduzlara doğru” şüarı ilə keçirilən festivalın gənclərin istəyi ilə növbəti il də keçirilməsi planlaşdırılır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"