Xaçmazda qəza oldu, 7 sərnişin yaralandı

img

08-02-2014 [12:32]



Bu gün səhər saat 10:00 radələrində Xaçmaz rayonu ərazisində sərnişin avtobusu aşıb. Dövlət Yol Polisinin müstəntiqi Elşən Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Gəndob – Yalama yolunun 25-ci km-də baş verib.

Belə ki, Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən "Hundai” markalı, 90 NC 385 dövlət nömrə nişanlı sərnişin avtobusu Mürşüdoba kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək ağaca çırpılaraq aşıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 7 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların vəziyyəti orta-ağırdı.

Qəza yerində Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA