Müğənni aparıcıya elçi düşüb: "Bir dostumla xəbər yolladım, dedim ki..."

img

18-08-2021 [13:26]


Müğənni Niyam Salami “Onun sirri” proqramındakı açıqlaması ilə diqqət çəkib.

O, verilişin aparıcısı Lətafət Ələkbərova ilə bir vaxt evlənmək istədiyini söyləyib.

Mia.az “Sherg.az”a istinadla xəbər verir ki, sənətçi, hətta L.Ələkbərovaya xəbər göndərdiyini deyib:“Səhnə insanısan, xarici görkəmin, duruşun, mədəniyətin mənə yaxındır. Ona görə bir dostumla xəbər yolladım. Dedim, Lətafətə söylə, razılaşaq. Sənə evlilik təklif etdim”.

Aparıcı Niyamın sözlərini təsdiqləyib: “Hə. Amma xəbəri düzgün çatdırmadılar. Çox gec dedilər”.

N.Salami bunun öz günahı olmadığını xüsusi vurğulayıb: “Sadəcə səhv etdim. Gəlib, özüm deyə bilərdim. Lakin utanıb, çəkindim”.

Digər xəbərlər
SON XƏBƏRLƏR