“Junior Eurovision 2021”: Sona Əzizova Azərbaycanı təmsil edəcək

img

16-08-2021 [17:49]


Dekabrın 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək “Junior Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.

İTV-dən Mia.az-a verilən məlumata görə, güclü səsə malik olan təmsilçimiz İTV-də keçirilən “Səs Uşaqlar” mahnı müsabiqəsindən tanınır.

S.Əzizova müsabiqədə ikinci yeri qərarlaşmışdı. Şüarı “Imagine!” (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır. Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 08.12.2021

Sabah yağış yağacaq