Bakıda yüksək vəzifəli məmurun evində 200 min dollar oğurlandı

img

05-02-2014 [11:24]


Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxslər A.Heydərov küçəsi 29/22 ünvanında Oqtay Məmməd oğlu Məmmədova məxsus evdən və ya şəxslər 200 min dollar oğurlayıblar.

Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədova evdə olmadığı müddətdə, fevralın 4-ü saat 14-dən 19-dək olan vaxtda mənzilə basqın edilib.

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.az-ın məlumatına görə, O.Məmmədov yüksək vəzifəli məmurdur. O, Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə mərkəzində rəis müavini işləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA