“4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edilib - Şərtlər
06-08-2021 [18:57]
Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı xalqımızın Vətən müharibəsində qazandığı tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, otuz ilə yaxın işğal altında olan torpaqlarımızın rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin 44 günlük müharibəsində azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması milli teatr sənətində də öz təcəssümünü tapmalıdır.
Digər tərəfdən, artıq ikinci ildir davam edən pandemiya ilə bağlı tətbiq edilən karantin şəraitinə görə teatrlarımız, demək olar ki, fəaliyyətsizdir. Bu mənada, “4.4 Qısa Tamaşalar Festivalı” xalqımızın haqq savaşındakı qalibiyyətini Azərbaycan teatr tarixində əbədiləşdirməklə yanaşı, teatr mühitindəki sükunəti də aradan qaldırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək. Festival təkcə dövlət teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etməklə, yeni istedadların aşkarlanmasına da zəmin yaradacaq.
Müsabiqənin mövzusu: Müharibə
Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.
Mükafat fondu:
- I Yer: 1.500 AZN
- II Yer: 1.000 AZN
- III Yer: 750 AZN
Hər yer üzrə bir qalib seçiləcək.
Müsabiqəyə qəbul şərtləri:
1.Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər.
2. Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.
3. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər.
4. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur.
5. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 15 dəqiqədən artıq olmamalıdır.
6. Müsabiqəyə təqdim edilən işlər film-tamaşa formatında da ola bilər.
7. İştirakçılar tamaşaların videoyazısını və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər.
8. Müsabiqəyə təqdim edilən materiallar 15 oktyabr 2021-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Son tarixdən (15 oktyabr 2021-ci il) gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq.
9. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.
10. Təqdim edilməli materialların və sənədlərin siyahısı:
- Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində videoyazısı
- Tamaşanın 30-60 saniyəlik treyleri.
Tamaşaların videoyazısı və treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.
- Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
- Tamaşadan 3 ədəd fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"