Aktrisa Aygün Aydın yenidən həbs olunub - Səbəb

img

06-08-2021 [09:07]


Sosial media hesabında iş adamı Hakan Sabancını təhqir edən aktrisa Aygün Aydın yenidən həbs olunub.

Mia.az axşam.az-a istinadən xəbər verir ki, etdiyi paylaşımlar səbəbindən ona təyin olunan cəzanın şərtlərinə əməl etməyən aktrisa 3 gün müddətinə həbs olunsa da, yenidən əməllərindən çəkinməyib.

Hakanın vəkilləri aktrisanın "Akoş", "axmaq" kimi sözlərdən istifadə edərək müvəkkillərini təhqir etməyə davam etdiklərini irəli sürərək məhkəməyə müraciət ediblər.

Məhkəmə ikinci dəfə əmrə qarşı gələn Aygünü bu dəfə 15 gün müddətinə həbs cəzasına məhkum edib.

Milli.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR