Konfrans Liqası: "Qarabağ" - AEL oyunda qeyri-etik hərəkətlər oldu - Qurban Qurbanova hücum edildi

img

05-08-2021 [23:14]


Bu gün Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"  Kiprdə AEL-lə qarşılaşıb.

Mia.az xəbər verir ki, oyun 1:1 hesabı ilə bitib.

Qeyd edək ki, Stefan Şçepoviç penaltidən fərqlənməklə meydan sahiblərini önə keçirib. 90+3-cü dəqiqədə isə Abdullah Zubir bərabərlik qoluna imza atıb.

Onu da xatırladaq ki, “AEK Arena”dakı azarkeşlər qoldan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatıdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.

Oyundan sonra "Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə  "CBC Sport"a deyib ki, təxribat törədənin kimliyi və milliyəti bilinmir.

O bildirib ki, tribunadakı azarkeş baş məşqçi Qurban Qurbanova türk dilində söyüş söyüb: "Daha sonra onların futbolçuları, məşqçiləri, hətta rəqibin Mətbuat xidmətinin rəhbəri Qurban Qurbanova əl atdı. Hakimlərin və UEFA nümayəndəsinin qərarı ilə komandalar paltardəyişmə otağına yollandılar. Ardınca biz oynamağa davam etmək istədiyimizi bildirdik".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR