Oqtay Gülalıyevin vəziyyəti qəfil ağırlaşıb

img

05-08-2021 [20:00]


Hüquq müdafiəçisi Oqtay Gülalıyevdə qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib.

Mia.az xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin Təbriz Gülalıyev bildirib.

Məlumata görə, bu gün səhər erkən saatlarda xanımı müəyyən edib ki, qastrostomiya borusu  boşluqdan çıxıb. Saat 08.30-a yaxın o, Topşubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu  yerləşdiriblər.

Sonra evə gətirilib, qastrostomiya borusu  ilə yemək verildikdən sonra titrəməyə başlayıb, temperaturu yüksəlib. Onu KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik xəstəxanaya aparıblar. 

Vəziyyəti kritik olaraq qiymətləndirilir. İlkin müayinə göstərir ki, problemlər beyin xəstəlikləri ilə əlaqədar yaranıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR