Hikmət Hacıyev "Əl-Cəzirə"nin əməkdaşları ilə görüşüb - FOTOLAR

img

05-08-2021 [19:46]


Prezidentin köməkçisi, Azərbayycam Respublikası Prezident Administrasiyasının Beynəlxalq siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə ölkəmizdə səfərdə olan , Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Alhajı və Əl-Cəzirə TV nin İstanbul bürosunun əməkdaşı Omar Alhajuj Hazzanı öz ofisində qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə BAMF-nun rəhbəri Umud Mirzəyev açıqlama verib.

O bildirib ki, İştirakcısı oldugu həmin görüşdə Hikmət Hacıyev qonaqları salamladıqdan sonra 44 günlük Vətən Müharibəsi dövründə Əl-Cəzirə Media Şəbəkəsinə tutduğu tərəfsiz mövqeyə görə təşəkkürünü bildirib, eyni zamanda, uzun illər davam edən BAMF Əl-Cəzirə əməkdaşlıqlıgından dolayı məmnunluğunu dilə gətirib:

"Sami Alhaj BAMF-ın təşkilatçılığı və Media İnkişaf Agentliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ADA Universitetinin dəstəyi ilə jurnalistlər ücün kecirilən Təhlükəsizlik təlimlərindən, Əl-Cəzirə BAMF əməkdaşlığının tarixçəsindən və gələcək perspektivləri barədə söhbət acdı. Eyni zamanda, Əl-Cəzirə iş təcrübəsindən söhbət Sami Alhaj Quantanama həbsxanasında keçirdiyi məşəqqətli günlərdən də söhbət acdı.Sonda Sami Əlhaj özünün həbsxana həyatı ilə baglı kitabı, Əl-Cəzirəyə aid muxtəlif nəşrləri və Əl-Cəzirə Media Şəbəkəsinin xusisi hədiyyəsini Hikmət Hacıyevə təqdim edib".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR