"Azəriqaz"in keçmiş mətbuat katibi yeni vəzifəyə təyin edildi

img

05-08-2021 [18:42]


"Azəriqaz"in keçmiş mətbuat katibi Ceyhun Səfərova yeni vəzifə verilib.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

O bildirib ki, artıq yeni bir istiqamətə start verib: "Artıq rəsmi olaraq yeni işimə başlamışam. Mən “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacağam. Hesab edirəm ki, bu da mənim üçün yeni bir mərhələdir. Əvvəl çalışdığım yerlərdə işimin öhdəsindən necə gəlmişəmsə, burda da səylə çalışıb, adını qeyd etdyim şirkətin rəhbərliyinin, kollektivinin etimadını doğrultmaqdan ötrü əlimdən nə gəlirsə edəcəyəm. Sizi bundan sonra işğaldan azad olunan ərazilərdə “AzVirt” MMC-nin reallaşdırdığı mühim yol və hava limanı tikintisi layihələri barədə geniş məlumatlandıracağam. Bütün jurnalist həmkarlarıma bizimlə uğurlu əməkdaşlıq arzulayıram! Bu müddət ərzində mənimlə maraqlanan hər bir insana dərin minnətdarlığımı bildirirəm!".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR