MƏKTƏBLƏR AÇILSIN, YOXSA....? - Nazirlik sözçüsü və mütəxəssislərdən rəylər
05-08-2021 [14:54]
Ölkəmizdə pandemiya şəraiti hökm sürdüyünə görə təhsil distant şəkildə təşkil edilib.
Növbəti tədris ilinə az müddət qaldığından, məktəblərin ənənəvi, yaxud da distant formada keçiriləcəyi hər kəsi, xüsusən də valideynləri düşündürür. Bura uşaqlar arasında sürətli yayılan “Delta” ştammının təhlükəsini, yoluxduruculuq qabiliyyətinin yüksək olmasını da əlavə etsək, vəziyyətin necə olacağı yenə müzakirə mövzusudur. Xüsusilə yoluxmanın yenidən artması, hətta sutkada minə yaxınlaşması fonunda məsələ daha da aktuallaşır.
Pandemiya ilə mübarizədə yeni tədris ilində bizi nələr gözləyir?
Mia.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Cebhe.info-ya bildirib ki, bununla bağlı qərar Operativ Qərargahın növbəti brifiqnlərdə açıqlanacaq:
“Bu məsələ haqqında indidən nəsə deyə bilməyəcəyəm. Yəqin ki, bununla bağlı Operativ Qərargah və müvaqif dövlət qurumları birgə rəy əsasında qərar verəcək”.
Cəsarət Valehov bildirib ki, hazırda hər kəsin ən böyük istəyi ənənəvi təhsilə qayıtmağımızdır:
“Ən böyük arzu və istəyimiz məktəb və universitetlərimizdə şagird, tələbələrimizi görməkdir. Bunun uğrunda çalışmaq isə hər birimizin borcudur”.
Azərbaycanın yeni təyin olunan baş pediatrı Erkin Rəhimov “Delta” ştammı ilə əlaqədar həqiqətən də insanlar arasında daha çox narahatlıq olduğunu diqqətə çatdırıb:
“Çünki “Delta” ştammı digər ştammlara nisbətən daha çox yoluxduruculuq qabiliyyətinə malikdir. Elmi məqalələrdən çıxan nəticələrə baxdığımız zaman sözügedən ştammın daha çox yoluxdurucu olduğunu görə bilirik. Bu, həm uşaqlar, həm də böyüklər üçün belədir. Amma bildirim ki, xəstəliyin daha ağır keçirilməsi mövzusunda dəqiq məlumat yoxdur. Yəni bəzi elmi tədqiqatlar xəstəliyin daha ağır, bəziləri isə digər ştammlarla eyni dərəcədə olduğunu, sadəcə yoluxduruculuq qabiliyyətinin çox olduğunu deyir. Uşaqlar üçün bu mövzu niyə daha əhəmiyyətlidir? Çünki dünyadakı bir çox ölkələrdə insanların böyük qismi peyvəndləndi və bu səbəbdən virus kiçikyaşlı uşaqlar arasında daha çox yayılmağa başladı. Bunun bir çox obyektiv səbəbləri var”.
Erkin Rəhimov deyib ki, uşaqlar arasında “Delta” ştammının çox yayılmasına səbəb məktəblərin açıq qalması olub:
“Xəstəlikdən qorunmaq üçün nə məsləhət edilə bilər? Həmişə dediyimiz kimi, sosial məsafənin saxlanılması, şəxsi gigiyenaya əməl olunması vacibdir. Təbii olaraq, bununla yanaşı peyvəndlənmənin aparılması da zəruridir. Biz həkimlər hər birimiz virusun gedişatını izləyirik. Virusun təkcə “Delta” deyil, bir neçə ştammı da var. Hər yeni ştamm fərqli davrana bilir. Ola bilər ki, yoluxmuş insan virusun digər ştammını daha ağır formada keçirtsin”.
Məsələyə münasibəti həmçinin pediatr Aytən İsmayılzadə də bildirib. O, uşaqların koronavirusa yoluxma statistikasının öyrənilməsi üçün onlardan yaxma üsulu ilə nümunələrin götürülməli olduğunu vacib hesab edib:
“Bəzən uşağın yüksək hərarəti olur, təcili yardım gəlir. COVİD testinin də götürülməsinin vacibliyi deyiləndə valideyn etiraz edir. Bununla da valideynlər övladlarının müalicələrini gecikdirirlər. Koronavirus epidemiyası birinci dəfə olduğuna görə biz bu məsələdə uşaqlara həssas yanaşmalıyıq. Hazırda virus mutasiyaya uğradığına görə bəlkə də biz virusun olub-olmamasını standart COVİD testi ilə də müəyyən edə bilməyəcəyik. Yaxşı olar ki, uşaqlar yoxlanılsınlar. Son zamanlar uşaqlar arasında virus infeksiyaları həddindən artıq çox yayılıb. Onları ümumi olaraq kəskin respirator virus infeksiyası adı ilə müalicə edirik. Amma sabah ağırlaşmalarla üzləşəndə, uşaqların hansı infeksiyanı keçirtdiyini bilməliyik”.
Aytən İsmayılzadə hesab edir ki, uşaqlar arasında testlərin edilməsi və virusun aşkara çıxarılmasında dövlət maraqlı olmalıdır: “Bu anlamda hər şey əlçatan olmalıdır, problemli deyil. Prosesi sadələşdirmək lazımdır. Atası COVİD olan uşaqdan test götürülmür. Testi götürəndə ailə üzvlərinin hamısından götürmək lazımdır. Özəl klinikalarda testlərin qiyməti 65 manatdı, dövlət xəstəxanalarında pulsuzdur. Ona görə də poliklinika şəraitində uşaqların testlərdən keçirilməsinə şərait yaradılmalıdır. Məktəblər açılmamışdan əvvəl də testlərin aparılması mümkündür. Amma məktəblər açılan vaxtı da bu nəzarəti etmək olar. Məsələn, hər həftə məktəblilər, müəllimlər test oluna bilərlər. Yəni gözləmək lazım deyil ki, bir nəfər xəstələnsin, buna görə məktəb iki həftəlik bağlansın”.
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub