Azərbaycanlı “kredit oliqarxı”nın oğlu Londonda futbol klubu alır - 560 milyon dollara
05-08-2021 [12:37]
Bir neçə il əvvəl “Beynəlxalq Bank işi” ilə bağlı həbs edilən və daha sonra azadlığa buraxılan “kredit oliqarxı” Nizami Piriyevin oğlu Nəsib Piriyev Londonda 560 milyon dollara futbol klubu alır.
Mia.az Virtualaz.org-a istinadla xəbər verir ki, Nəsib Piriyev “PAI Capital” firmasının icraçı partnyoru qismində “West Ham United” futbol klubunun səhmlərini almaq barədə təklifini təqdim edib və yaxın vaxtlarda bu firma klubun gələcəyinə dair planlarını açıqlayacaq. Bu haqda “Hammers News” yazır.
Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankından Qaradağda metanol zavodu tikmək üçün aldığı və faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham olunaraq 2015-ci ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdı. Onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. Piriyev daha sonra SOCAR-la anlaşdı və onun “AzMeCo” şirkəti metanol zavodunu dövlət neft şirkətinə verdi, əvəzində kredit borclarının qaytarılacağına dair SOCAR-dan təminat aldı və həbsdən çıxdı. Piriyevin metanol zavodu fəaliyyətə başladıqdan qısa zaman sonra, xammal qismində təbii qazın təchizatının dayandırılmasına görə işini dayandırmışdı.
N.Piriyev həbs olunandan sonra onun oğlu Nəsib Piriyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Piriyevin barəsindəki axtarış qərarının daha sonra ləğv edilib-edilmədiyi məlum deyil. Hazırda onun adı İnterpol-un axtarışda olan şəxslər siyahısında yoxdur.
“Hammers News” Piriyevin “PAI Capital” şirkətinə müraciət edərək onun nədən “West Ham United” futbol klubunu almaq istədiyini soruşub. Şirkətdən bu suala maraqlı cavab verilib: ““PAI Capital” -ın icraçı partnyoru Nəsib Piriyev 1986-cı ildən başlayaraq “West Ham United” klubunun və İngiltərə yığmasının qızğın azarkeşidir”
Lakin nəşr azərbaycanlı biznesmenin təkcə çılğın azarkeş olduğu üçün bu futbol klubunu almaq istədiyini inandırıcı saymır. Xüsusən də İngiltərənin “Queens Park Rangers” futbol klubunun keçmiş rəhbəri Filip Birdanın bu sövdələşmədə iştirakı haqda məlumatların olduğu nəzərə alınarsa. Bildirilir ki, “West Ham United” azarkeşləri Filip Birdanın şübhəli imici haqda məlumatlıdır. Bəs “West Ham United” klubunun səhmlərini David Sallivan və David Qolddan almaq istəyən müəmmalı azarkeşin, yəni Nəsib Piriyevin barəsində nə məlumdur?
“PAI Capital” şirkətinin saytında Piriyev neft-kimya, neft və qaz, maliyyə xidmətləri, habelə istehlak və parakəndə satış bazarları üzrə iş təcrübəsi olan sahibkar kimi təqdim olunur. O, həmçinin “PNN Group” və “AzMeCo” şirkətinin həmtəsisçiləri sırasında yer alır.
“Cənab Piriyev son 15 ildə Rusiyada, Mərkəzi Asiyada və Uzaq Şərqdə bir çox layihələri uğurla həyata keçirib. Bu layihələrə Azərbaycanda müasir metanol zavodunun tikilməsi də daxildir”,-şirkətin saytında deyilir.
Bundan başqa, “PNN Group” şirkəti özünün “Buta Fashion Group” törəmə şirkəti vasitəsilə Azərbaycanda məşhur geyim brendlərinin, zərgərlik məmulatlarının və aksessuarlarının, o cümlədən “Alfred Dunhill”, “DeBeers Diamond Jewelers”, “Nina Ricci”, “Brunello Cucinelli” və digərlərinin satışı və distribütorluğunu həyata keçirib. 2015-ci ildə isə “Buta Fashion Group” şirkətini satıb.
Bildirilir ki, 2019-cu ildən Piriyev “PAI Capital” şirkətinin beynəlxalq səviyyədə fəaliyyətini inkişaf etdirməklə məşğuldur.
Nəşr Piriyevin “West Ham United” klubunu almaq təklifinin müəmmalı olduğuna dair daha bir məqamı qeyd edir: biznesmen doğrudan da “West Ham United” klubunun çılğın azarkeşidirsə 2020-ci ilin mayında nədən Fransanın “Marcel” (“Olimpic”) futbol klubunu almaq istəyirdi? (Baş tutmamış bu sövdələşmə təklifi barədə o vaxt mətbuat yazıb,-red.)
Xatırladılır ki, Nəsib Piriyevin atası və Böyük Britaniyanın keçmiş baş naziri ilə maliyyə bağlantıları olan Nizami 2015-ci ildə Azərbaycanda seriya maliyyə cinayətlərində ittiham olunaraq həbs edilmişdi. Nəşr yazır ki, “West Ham United” fanatları artıq indidən Piriyevin sərvətini aydınlaşdırmağa çalışırlar, amma Google terminalında bununla bağlı aparılan axtarışlar nəticə vermir.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)