Azərbaycanın yanğınsöndürmə qüvvələrinin daha bir qrupu Türkiyəyə göndəriləcək

img

04-08-2021 [23:46]


Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin daha 150 yanğınsöndürəni və 40 yanğınsöndürmə maşını, 1 təyyarəsi və 10 nəfərlik heyəti Türkiyəyə gələcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, Azərbaycan daha əvvəl də meşə yanğınlarına qarşı mübarizə üçün Türkiyəyə kömək göndərib.

Nazir bildirib ki, Ukraynanın özəl şirkətlərindən 4 helikopter icarəyə götürülüb. Helikopterlər artıq Türkyədədir və qısa zamanda yanğınla mübarizəyə cəlb ediləcək.

Eyni zamanda Pakistan, Gürcüstan, Qazaxıstan, Bosniya-Herseqovina, ABŞ, Kanada və Yaponya, Beynəlxalq Qızıl Aypara Cəmiyyəti yardım təklifləri ilə çıxış ediblər.

“Bu ölkələrə ehtiyaclarımızı söylədik. Təyyarə və helikopter, havadan dəstəyə ehtiyaç olduğunu dedik”, - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR