Bakıda narkotiklə tutulan şəxs polis şöbəsindən necə qaçıb?

img

04-08-2021 [17:25]


Bakıda narkotiklə tutulan şəxs polis şöbəsindən qaçıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avqustun 2-də narkotik vasitələrin daşınmasında şübhəli bilinərək saxlanılan şəxs Nizami Rayon Polis İdarəsinə gətirilib. Həmin şəxs İdarənin müvəqqəti saxlanılma yerinə yerləşdirilib.

Saxlanılan şəxs həmin gün müvəqqəti saxlanılma yerinin pəncərəsini və dəmir barmaqlıqlarını yerindən çıxararaq pəncərədən çıxıb, idarənin həyətinə düşüb, daha sonra hasardan keçərək qaçıb. Hadisə ilə bağlı əməliyyat keçirilib və avqustun 3-də qaçan şəxs polis əməkdaşları tərəfindən tutulub.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs qaçmağa cəhd edən zaman tutulub: “Onun hansı şəraitdə, necə qaçmağa cəhd göstərməsi ilə bağlı müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyev iki həftə əvvəl bu vəzifəyə təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR