Ukrayna Nazirlər Kabinetini qumbara ilə partlatmağa cəhd göstərən şəxs saxlanılıb - VİDEO

img

04-08-2021 [13:47]


“Ukrayna Nazirlər Kabinetini qumbara ilə partlatmağa cəhd göstərən şəxs saxlanılıb”.

UNIAN xəbər verir ki, bunu Ukrayna Milli Polisinin başçısı İqor Klimenko avqustun 4-də həmin şəxsin saxlanılması ilə bağlı keçirilən əməliyyatdan sonra jurnalistlərə bildirib.

“Qeyri-standart vəziyyət yaranıb. O, antiterror əməliyyatlarının (Ukraynanın şərqində separatçılara qarşı keçirilən əməliyyat belə adlanır - red.) iştirakçısıdır. İki dəfə yaralanıb. Kəllə-beyin travması alıb. O, cinayəti həyat şəraiti ilə bağlı törədib”, - o qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA