Müsavatın rayon təşkilatının sədr müavininin evində axtarış aparılıb? - DİN-dən açıqlama

img

03-08-2021 [15:30]


Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Mia.az-a bildirilib ki, iyulun 30-da rayon sakini tərəfindən Xaçmaz RPŞ-yə rayon ərazisində diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub.

Şikayətçi bildirib ki, 3 il əvvəl stomotoloji xidmətlər üçün B.Əmrahov ondan 500 (beş yüz) manat pul almasına baxmayaraq heç bir müalicə işi aparmayıb: "Həmin şikayətlə əlaqədar B.Əmrahov rayon polis şöbəsinə dəvət olunaraq, izahatı alındıqdan sonra sərbəst buraxılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR