Bu obyektlərin sahibləri cərimələndi

img

02-08-2021 [16:57]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 680 monitorinq keçirib.

AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Xəqani 84B ünvanında yerləşən, fiziki şəxs Abbasbəyli Emin Ağalar oğluna məxsus “Sultan” restoranı;

2. Bakı şəhəri, Binəqədi rayonu, K. Atatürk 182 ünvanında yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Nazim oğluna məxsus restoran;

3. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçivani 24 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Etibar Atif oğluna məxsus “Öz Kardeşler” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Ağaoğlu 26 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli İsa oğluna məxsus “Orman” restoranı.


Digər xəbərlər
SON XƏBƏRLƏR