Avropa Liqası: "Neftçi" "Fənərbağça"ya potensial rəqib oldu

img

02-08-2021 [15:16]


UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Mia.az xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan "Neftçi"nin də potensial rəqibi bəlli olub.

"Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Flaqman ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19 - 26 avqustda baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR