Ədliyyə Nazirliyinin mayor rütbəli sabiq əməkdaşı narkotiklə tutulub
02-08-2021 [13:17]
Bakıda külli miqdarda narkotiklə həbs edilən şəxs hakim qarşısına çıxarılıb. Onun Ədliyyə Nazirliyinin mayor rütbəli sabiq əməkdaşı olduğu məlum olub. O, işdən azad edildikdən 10 gün sonra həbs edilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən 1984-cü il təvəllüdlü Cəfərov Nail Əsədulla oğlunun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin baxış iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, Nail Cəfərov narkotik vasitəni satmaq istəyən zaman Yasamal rayonu ərazisində saxlanılıb.
Anket məlumatları dəqiqləşdirilib zaman isə Nail Cəfərovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq mayoru olduğu məlum olub. O deyib ki, həbs edilmədən 10 gün əvvəl xidmətdən çıxarılıb.
Sərbəst ifadə verən Nail Nəcəfov bildirib ki, narkotik vasitəni Əhliman Zeynalov adlı şəxsdən alıb.
Narkotik vasitə istifadəçisi olduğunu deyən Nail Cəfərov külli miqdarda narkotik vasitə ittihamını qəbul etmədiyini bildirib.
Daha sonra Nail Cəfərov prokurorun suallarını cavablandırıb.
Prokuror: Penitensiar Xidmətdə çalışdığınız zaman müayinədən keçirilirdinizmi?
Nail Cəfərov: Bəli, 2 aydan bir yoxlama olurdu
Prokuror: Necə olub ki, müayinədən təmiz çıxmısınız?
Nail Cəfərov: Sonuncu yoxlamadan sonra narkotik çəkməyə başladım. Sonra da xidmətdən xaric olundum.
Prokuror: İstintaqda külli miqdarda narkotiki etiraf etmisiniz. Saxlanılan zaman narkotik vasitənin içərisində tərəzi də olub.
Nail Cəfərovun tərəzi ilə bağlı verdiyi izah belə olub:
"Bir daha deyirəm ki, narkotik istifadəçisi olmuşam. Narkotiki də Əhliman adlı şəxsdən alırdım. Əhlimandan narkotik alanda tərəzidə məni aldadaraq az verirdi. Buna görə də sonuncu dəfə Əhlimandan tərəzi alaraq narkotiki çəkmək istədim. Bu zaman Əhlimana zəng gəldi və oradan uzaqlaşdı. Ona görə də tərəzi məndə qaldı".
Bu ifadə məhkəməyə inandırıcı gəlməyib. Amma Nail Cəfərov bu fikrini bir daha təkrar edib.
Daha sonra məhkəmədə Nail Cəfərovun saxlanılmasında iştirak edən polis əməkdaşları ifadə veriblər.
Polislərin ifadəsində ziddiyyət olub. Məlum olub ki, polis əməkdaşları istintaqda deyiblər ki, əməliyyat məlumatı Əhliman adlı şəxslə bağlı daxil olub. Hadisə yerinə gedən zaman Nicatı da tutublar. Amma məhkəmədə deyiblər ki, əməliyyat məlumatı Nail Cəfərovla bağlı olub.
Polis əməkdaşları bu ziddiyyəti son zamanlar narkotiklərlə bağlı əməliyyatların çox olması ilə izah ediblər. Deyiblər ki, gün ərzində bir neçə əməliyyat olduğu üçün aylar öncə baş verənləri tam xatırlaya bilmirlər.
Məhkəmə prosesində işin əsas şahidi olan Əhliman Zeynalov da dindirilib. Əhliman ifadə verən zaman narkotik istifadəçisi olduğunu deyib.
Məlum olub ki, Əhliman sabiq polis əməkdaşı olub. O, 2020-ci ilin yanvar ayında polisdən öz ərizəsi ilə çıxdığını deyib:
"Həmin ilin avqust ayından istifadə edirəm. 28 yaşım var. İndi əməliyyat da olunmuşam, həm də müalicə almışam".
Əhliman Zeynalov deyib ki, tikinti materialları satdığı mağazası var. Nail Nəcəfov da onun mağazasına müştəri kimi gəlib və bu zaman tanışlıqları yaranıb.
"Narkotik çəkməyi Nail mənə təklif elədi. Ondan alırdım. Sonra da münasibət belə davam elədi"- deyə Əhliman Zeynalov bildirib.
Nail Cəfərov isə təkrar olaraq bildirib ki, narkotiki Əhlimandan alıb.
Prosesdə o da məlum olub ki, Əhliman Zeynalov narkotik istifadəsinə görə məhkumluq yaşayıb və sonradan müalicə alıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"