Hakim partiyadan istefa verən iki azərbaycanlı Saakaşvilinin partiyasına keçdi

img

30-07-2021 [15:07]


Bu gün Gürcüstanda ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) mərkəzi qərargahında brifinq keçirilib. 

Məlumata görə, brifinqdə partiyanın üzvləri və "VMH"-ın liderlərindən biri olan David Kirkitadze iştirak edib. 

Brifinqdə bu günlərdə öz vəzifələrindən istefa verən, Qardabani bələdiyyə məclisinin keçmiş sədr müavini, Qaratəhlə kəndinin deputatı olmuş Rəfi Orucov və Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin Kvemo-Kartli üzrə keçmiş müşaviri Ayaz Məmmədov iştirak ediblər. Hər iki gənc siyasətçi brifinqdə Gürcüstanda fəaliyyət göstərən TV-lərə və saytlara açıqlama veriblər. 

Məlumata görə, hər iki siyasətçi “Vahid Milli Hərəkat” partiyasının sıralarına daxil olduqlarını bəyan ediblər/GAXA.ge


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR