YAP-dan polisi döyən deputatla bağlı - Açıqlama

img

30-07-2021 [14:58]


Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib.

Mia.az-ın məlumatına görə, partiyanın açıqlamasında deyilir ki, baş vermiş hadisədən təəssüf hissi keçirirlər: "Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR