“Deputat da polisi döyərmi, belə özbaşınalıq olarmı?" - Universitet müəllimindən etiraz

img

30-07-2021 [13:28]


“Polis bizim əsgərimizdi, məhmətcikdi, onlara xüsusi qayğı lazımdı...”

Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov baş verən hadisəyə görə çox təəssüfləndiyini bildirib:

“Deputat da polisi döyərmi, belə özbaşınalıq olarmı? Bu heç də normal hərəkət deyil. O qədər içki içib polisi döymək yolverilməzdi. Polisi iş başında vurmaq böyük cinayətdi. O bizi qoruyur. Polis bizim əsgərimizdi, məhmətcikdi, doğrudan da onlara xüsusi qayğı lazımdır. Xoş münasibət bəsləməliyik. Bəzi deputatlarımız qoçuluq edirlər. Keçən dəfə də bir deputat vəkilə hücum etmişdi. Hər ikisi məmurdu, dövlətə xidmət edirlər. Onlar da bir-birilərinə qarşı belə davranırlarsa, çox təəssüf edirəm”.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimov sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib. Hadisəni daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR