UEFA Konfrans Liqası: "Sumqayıt" və "Keşlə"  mübarizəni dayandırdı, "Qarabağ" növbəti mərhələyə çıxdı

img

29-07-2021 [22:54]


Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununda “Qarabağ” İsraildə “Aşdod”un qonağı olub.

Mia.az xəbər verir ki, oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 0:1.

Bakıdakı ilk matçda qolsuz heç-heçə qeydə alındığından, səfərdə qazanılan qələbə “Qarabağ”ı III raunda yüksəldib. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi olacaq. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.

Onu da xatırladaq ki, bu gün "Sumqayıt" və "Keşlə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR