Vüqar Rəhimzadə: "Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir"
29-07-2021 [17:57]
“Həyat yerində durmur, yaranan yeni reallıqlar yeni əməkdaşlıq münasibətlərinin formalaşdırılmasını, səylərin artırılmasını, regoionda və dünyada cərəyan edən proseslərin təhlili əsasında yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi ortaya qoyur. Bu baxımdan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdən sonra istər regionda, istərsə də dünyada baş verən yeniliklər diqqət mərkəzindədir. Vətən müharibəsinin həqiqət anı kimi bu gün də geniş müzakirə olunur, dost, qardaş ölkələrin ədalətə dəstəkdən irəli gələrək Azərbaycanın yanında olmaları təqdir edilir, bu addımın müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsini şərtləndirdiyi qeyd olunur. Daim yeniliklərə imza atan, təşəbbüsləri, qərarları ilə yalnız özünün deyil, region və dünya ölkələrinin inkişafına dəstək olan respublikamızın üç dost, qardaş ölkənin-Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gəlməsi təşəbbüsü və bu qərar əsasında onların paytaxtımızda görüşmələri təqdir olunmaqla yanaşı, imzalanan Bakı Bəyannaməsinin vəd etdiyi perspektivlər geniş müzakirə olunmaqdadır."
Mia.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
“Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu sənəd dost ölkələr arasında əməkdaşlığın gücləndirilməsində, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq: “Azərbaycan-Türkiyə birliyi daim dünyaya nümunədir. Bütün anlarda bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin sarsılmazlığı Vətən müharibəsində bir daha özünü dünyaya nümayiş etdirdi. Eyni birlikdə bu gün Pakistanın da yer alması, hazırda dünyanın Azərbaycan-Türkiyə-Pakistan dostluğundan, qardaşlığından bəhs etməsi qürurvericidir. Tarixi Zəfərimiz bu birliyin də təqdimatında əhəmiyyətli rol oynadı. Türkiyə və Pakistanın Azərbaycana mənəvi və siyasi dəstəkləri, Zəfərin sevincini ölkəmizlə, xalqımızla eyni şəkildə yaşamaları dövlət başçısı İlham Əliyev tərəfindən müxtəlif səviyyələrdə keçirilən görüşlərdə xüsusi qeyd olunur. Prezident İlham Əliyev iyulun
27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamlara diqqəti yönəldərək əminliklə bildirmişdir ki, Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşü qardaş ölkələr arasında tərəfdaşlığın inkişafı işinə xidmət edəcək.”
Baş redaktor vurğulayıb ki, Bəyannamədə dövlətlərimiz, xalqlarımız arasında mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün parlament səviyyəsində dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyi də öz əksini tapıb: “ Dövlət başçısı İlham Əliyev 10 mart 2020-ci ildə yeni formalaşmış parlamentin ilk iclasındakı proqram xarakterli nitqində qanunverici orqanın qarşıdakı dövr üçün vəzifələrindən geniş bəhs edərək tapşırıqlarını və tövsiyələrini çatdırmışdır. Hazırkı dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alsaq əsas vəzifələrdən birinin parlament səviyyəsində bu və ya digər ölkələrlə əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyacın olduğu aydın görünür. Ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıqların rolu inkaredilməzdir. Ölkəmiz Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birgə toplantısının keçirilməsi təşəbbüsü ilə bu rola bir daha işıq saldı.”
V.Rəhimzadə daha sonra qeyd edib ki, regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi Bakı Bəyannaməsində xüsusi qeyd edilir: “Parlamentlərarası əməkdaşlığı dərinləşdirməklə bu hədəflərə böyük töhfələr veriləcək. Şuşa Bəyannaməsinin ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Azərbaycanda bir araya gələrək Bakı Bəyannaməsini imzalamaları da dünyaya bir çox mesajları çatdırır. Hazırkı dövrün əsas tələbi 10 noyabr Bəyanatının şərtlərinin icrasına dəstək olmaqla bölgədə sülhün, təhlükəsizliyin dayanıqlığını təmin etməkdir. Dünyanın bəzi dövlətlərinin, təşkilatların bu məsələlərdə hələ də seyrçi mövqedə dayandıqları bir zamanda Azərbaycan, Türkiyə və Pakistanın yenə də nümunə göstərərək birgə addımlar atmaları təqdirəlayiqdir.”
Baş redaktor diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə yaranan reallıqların diktə etdiyi məqamlardan biri məhz Zəfərimizlə bağlı bütün həqiqətlərin təbliği, təxribatlar törətməklə,
atəşkəsi pozmaqla münaqişənin guya həll olunmadığı barədə fikirlər formalaşdırmağa səy göstərən qüvvələri hücum diplomatiyamızı gücləndirməklə yerində oturtmaq, “Dəmir yumruğ”un bu gün də yerində olduğunu onların diqqətinə çatdırmaqdır. Bakı Bəyannaməsində Azərbaycanın tarixi Zəfəri, 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistanın işğalçılıq siyasətinə sarsıdıcı zərbə vurması öz əksini tapıb.
V.Rəhimzadə qeyd edib ki, bütövlükdə Bakı Bəyannaməsində ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin bütün münaqişəli məsələlərin həllində əsas olduğu xüsusi vurğulanır: “Bakı Bəyannaməsi Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi kimi yerinin və rolunun möhkəmləndirilməsində, dünya birliyində nüfuzunun, siyasi mövqeyinin daha da artmasında əhəmiyyətli rol oynayacaq. Dünyaya səs salan, Azərbaycan-Türkiyə birliyinin zirvəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalanmasından ötən ay yarımdan az bir vaxtda ölkəmizin dost ölkələrin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün belə bir təşəbbüsünün dəstəklənərək sonda Bakı Bəyannaməsinə yol açması bir daha təsdiqləyir ki, yeni reallıqlara uyğun olaraq gələcəyə hesablanmış hədəflərin icrasının ilk mərhələsi uğurludur. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər reallıqlarla barışmaq məcburiyyətindədirlər.”
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
SOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxarıldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb