Gurbulaq əfsanəsi... - Dosent yazır (VİDEO)
29-07-2021 [12:47]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Kimsənin bilmədiyi milyon illər əvvəl bir bulaq qaynayırdı. Uca Yaradanın bu torpaqlara bəxş etdiyi ən gözəl sərvət olan göz yaşı kimi dupduru suyun dünyaya göz açdığı bu bulaq indiki kimi o vaxtlar da sanki arxasındakı ləşkər dağların əzəməti qədər güclüydu.
Bulaq o zamandan bu günədək özünün gur suyu ilə heç yorulub tükənmədən xan Araza doğru tələsib, axırda yorğun düşsə də, ən sonunda məcrasına sığınmış minlərlə insanın dilində yaşayan bir əfsanəyə döndü: Küküdağının sərt sıldırılmıl qayalarından ələnən şəlaləsinin gözəlliyilə hamını qısqandıracaq Gurbulaq əfsanəsinə!
Təmiz, saf suya olan ehtiyac ən qədim insanın ilk mədəni tələbatıdır. Su kimi pak həyat yaşayıb, su qədər də uzunömürlü olmaq həmişə insanın xəyallarında yaşayıb, yaşlandıqca da çılğın bulaq sevgisi onun ürəyinə hakim olub. Bu mənada, aynatək təmiz bir bulaq gözündən sanki anasının baxışlarını tapıb, həzin şırıltısından onun laylay nəğməsini dinləyə bilənlər dünyanın ən xoşbəxtidirlər. Çünki bulaq ölümdən sonrakı həyatı bu işıqlı dünyada yenidən görə biləcəyimiz tək təbiət möcüzəsidir.
Su həyatdır. Gurbulağın canlı həyat hekayəsi onunla birgə yaşamış on minlərlə insanın su yaddaşından süzülüb gələn ən gözəl xatirələrlə doludur. Qızmar günəşin qasıb-qovurduğu ən quraq yay günlərində heç gözünü qırpmadan hamıya istədiyi qədər su yetişdirən Gurbulaq çox səxavətlidir. İlıq bahar Günəşinin rahiyəsində süslənmiş al çiçəklərin eşqinə alışıb-yanan arıların balı qədər şirin, minnətsizdir onun səxavəti. Papaqdaşdan, Qibləbulğınadak hər kəklikotunun, hər xınalı kəkliyin canında bir Gurbulaq damlası axır. Onun məcrasında su bol, yaşamağa yer də yetərincədir.
Əli əmək tutan hər kəs üçün Gurbulaq həm də iş-güc, geniş bağ-bağça deməkdir. Adı dillər əzbəri olmuş Kükü alması da öz şöhrətini Gurbulağın şirin suyuna borcludur. Beləcə, bu torpaqda min illər əvvəlki kimi yaşayan kim varsa, azuqəsini tapmaq üçün öncə Allaha təvvəkül edib, sonra da hər sübhdən Gurbulağın halal xeyir-bərəkətinə doğru yola çıxır.
Gurbulaq gözəl bir nəğmə, nəğməkar bir şəlalədir. Gurbulağın axar suyu, gözəl şəlaləsinin nəğmə sözcükləri onunla birgə yaşayanlar üçün ən kövrək vətən bəstəsidir. Yorulmaq bilmədən daşlara çırpılan ağappaq su damlalarının təkrarsız səsi həzin notlarla butunləşdikdə öz Leylasına sevgisindən danışan məhəbbət aşiqlərinin ürəyinə məlhəm kimi yayılır, əsl can dərmanına dönür.
Gurbulaq yurd sevgisidir. Bulağın qaynadığı Dərələyəz dağları Naxçıvanın ən ucqar yurd yerləri olsa da burada məskunlaşmış insanlar heç bir zaman bu torpaqlardan köç etməyi ağlına belə gətirməmsiş, tam əksinə nəsildən-nəsilə keçən mətin yaşam hekayələri ilə öz övladlarına od-ocağa sahib çıxmağı, hər bulaq başında bir yuva qurmağı vəsiyyət etmişlər. Kükü dağında isə Gurbulağın qol-qanadı olan irili-xırdalı yüzlərlə belə şirinsulu bulaqlar qaynayır. Yüzillər keçəndən sonra ata-babaların qurub-yaratmaq istəyi xəyallardan gerçəyə döndükcə, beləcə, Gurbulaq yurdunda yaşayanların su sevdası da sonsuz sədaqətlə möhkəmlənib, ailə şəcərəsi kimi doğmalaşıb.
Gurbulaq bu yerlərin qonaq-qarası, ecazkar turizm resursudur. Yayın istisində bulağın sərin nəvazişindən məst olub, əl dəyməmiş təbiət gözəli ilə baş-başa qalmaq istəyənlər üçün Gurbulaq bu dünyanın ən xudmani yeridir. Onun sorağına gələnlər yaxşı bilirlər ki, öz gözəlliyini kimsə ilə bölüşməyən Gurbulaq həm də rekreantlar və ya sadəcə ekoturistlərin doyunca paylaşa biləcəyi zəngin bir təəssürat mənbəyidir. Bu suyun elə bir cazibə gücu var ki, bir gün bura yolu düşənlər sabah dünyanın o başında olsalar da hökmən yenidən qayıdıb gələcəklər.
Gurbulaq əfsanəsini bir daha dinləmək üçün!
Mia.az
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar