Leyla Şıxlinskaya məhkəməyə verilib

img

28-07-2021 [18:02]


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskayanı məhkəməyə verib.

İddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.

Xatırladaq ki, L.Şıxlinskaya Azərbaycanda lentə alınmış 10-dan çox filmə çəkilib, “Xalq artisti” adına layiq görülüb.

O, incəsənətlə yanaşı, uzun illər sahibkarlıq fəaliyyəti ilə də məşğul olub, 1999-2018-ci illərdə adına olan özəl klinikaya rəhbərlik edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR