Qarabağa status verilməməsinin səbəbləri... - Mərkəz rəhbəri ABŞ mətbuatında yazıb
28-07-2021 [12:47]
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyevin ABŞ-ın nüfuzlu “National Interest” saytında “Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsinin 10 səbəbi” başlıqlı məqaləsi dərc olunub.
Mia.az-ın məlumatına görə, məqalədə ilkin səbəb kimi göstərilir ki, əslində 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başladılan separatçı hərəkətin məqsədi əslində “miatsum”, yəni Ermənistanla birləşmək idi:
"Bu hərəkət Ermənistan tərəfindən dəstəklənən irredentist bir siyasət idi və xalqların öz müqəddəratını təyin haqqını nəzərdə tutmurdu. Müəlliflər digər səbəb kimi qeyd edirlər ki, 1923-cü ildə Sovet hakimiyyəti tərəfindən muxtariyyət hüququ yalnız ermənilərə deyil, regionda yaşayan bütün xalqlara verilmişdi: “Lakin 1988-ci il fevralın 20-də keçmiş DQMV Milli Şurasında azərbaycanlıların iştirak etmədiyi bir iclasda ermənilər regiona verilən statusu sui-istifadə edərək Azərbaycan və Sovet İttifaqı Konstitusiyasına zidd olaraq ayrılma qərarı aldılar”.
Üçüncü səbəb kimi bildirilir ki, Bakı Qarabağda yaşayan ermənilərin bu tələblərinə 1991-ci ilə qədər səbr göstərərək məsələni həll etməyə çalışıb, lakin Ermənistan SSR Parlamenti 1989-cu il dekabrın 1-də DQMV-ni özünə birləşdirmək üçün qeyri-qanuni qərar qəbul edib: “Nəticədə davam edən müzakirələrin nəticəsizliyi ermənilərin regionda yaşayan mülkü əhaliyə hücumu ilə davam etdi. Azərbaycan Parlamenti 1991-ci il noyabrın 26-da DQMV-ni ləğv etdi. Qısacası, hazırda Azərbaycan qanunlarına görə belə bir muxtar region yoxdur”.
Dördüncü səbəb olaraq qeyd edilir ki, ermənilərin iddialarının əksinə olaraq Sovet İttifaqı konstitusiyasına görə, muxtar regionların öz müqəddəratını təyin hüququ yox idi və bu hüquq sadəcə 15 respublikaya verilmişdi.
“Beşinci, beynəlxalq hüquq Azərbaycanda yaşayan ermənilərə öz müqəddəratını təyin hüququ vermir. Çünki Azərbaycanda yaşayan ermənilərin “xalq” statusu yoxdur. Bununla birlikdə istər beynəlxalq təşkilatların aldığı qərarlar, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri” haqqında qərarı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu sübut edir.
Altıncısı, Sovet İttifaqı dövründə alınan qərarı sui-istifadə edən ermənilər regionda iki müharibənin yaşanmağına və minlərcə insanın ölümünə səbəb oldu. Onlara veriləcək hər hansı bir status regionda yeni müharibələrin yaşanmağına yol aça bilər.
Yeddincisi, Birinci Qarabağ Müharibəsindən sonra 1994-cü ildə tərəflər arasında atəşkəs sənədi imzalandı. Ondan sonra davam edən diplomatik müzakirələrdə Azərbaycan status təklifləri oldu, lakin Ermənistan tərəfi bunları qəbul etmədi. Nəticədə 2020-ci il müharibəsi yaşandı və geosiyasi reallıq dəyişdi. Artıq yeni bir statusdan söz gedə bilməz”
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək