"Bakı Bəyannaməsi tarixi nailiyyətdir" - Türkiyə parlamentinin spikerindən xarici ölkə rəsmiləri, diplomat və jurnalistlərinə çağöırış etdi

img

27-07-2021 [22:25]


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın 44 günlük Vətən müharibəsindəki haqlı mübarizəsində dost və qardaş ölkələrin rolundan danışıb.

O, "HaberGlobal" televiziyasına eksklüziv müsahibəsində zəfərdə Türkiyə ilə bərabər, Pakistanın da mənəvi dəstəyinin olduqca vacib rol oynadığını bildirib: "Bu mənada niyə bu həmrəyliyi daha geniş sferada inkişaf etdirməyək deyə düşündük. Bugünkü imzaladığımız Bakı Bəyannaməsi məhz bu fikir nəticəsində ərsəyə gəlmiş oldu".

M.Şentop bu baxımdan Tükiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin iyulun 27-də imzaladıqları Bakı Bəyannaməsini tarixi nailiyyət adlandırıb.

O, üç ölkənin parlament sədrləri səviyyəsində növbəti görüşün 2022-ci ilin mart ayında İslamabadda baş tutacağını vurğulayıb.

Spiker daha sonra deyib: "Biz dünya ölkələrinin hökumət rəsmilərini, diplomatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini, alimləri, jurnalistləri 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinə səfər etməyə çağırırıq. Əminəm ki, azad edilmiş torpaqlara gələn xarici nümayəndələr erməni vandallığına da yaxından şahid olacaqlar".

O, Qarabağda yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə qarşı erməni vandallığını kəskin pisləyib: "Şuşada vəziyyət müəyyən qədər normaldır. Ancaq digər işğaldan azad edilmiş rayonlardakı acınacaqlı vəziyyət ermənilərin özlərini dünya ictimaiyyətinə sülhsevər kimi təqdim etmək niyyətini puça çıxarır".

M.Şentop Şuşaya səfərinin məqsədini də açıqlayıb: "Bizim niyyətimiz dünyanın diqqətini Azərbaycanın azad edilmiş ərazilərinə çəkmək və həqiqətləri görməsinə nail olmaqdır"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR