Şahmar Mövsümov: "Sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”

img

26-07-2021 [15:34]


"Koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlar üçün xüsusi sertifakatın hazırlanması nəzərdə tutulur".

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq və həmin şəxslər yoxlanılacaq: “Əgər həqiqətən də həmin şəxslərə peyvənd vurulması tövsiyə edilməzsə, o zaman onlara əks göstəriş sertifikatı veriləcək. Həmin sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA