Həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi

img

26-07-2021 [14:08]


Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məlumata görə, prosesdə qəbul edilən qərara əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, Cəlilabad Rayon İcra Hakimiyyətində ötən ilin dekabr ayında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Prezident İlham Əliyevin ötən il dekabrın 8-də imzaladığı sərəncamla Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı