Prezident bu diplomatlara yeni vəzifələr verdi - Təyinatlar

img

26-07-2021 [13:24]


Prezident İlham Əliyev daha iki sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncamla Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Başqa bir sərəncamla Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Başqa bir sərəncamla Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbyacanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR