Bərdədə səhərə yaxın qətl: ər arvadını boğaraq öldürdü

img

26-07-2021 [10:18]


İyulun 25-i saat 5 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA