Cəlilabadda "patı" və "şüşə" satanlara qarşı əməliyyat: həbslər var - FOTO

img

24-07-2021 [16:45]


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Qasımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla onun həmin psixotrop maddəni Cəlilabad sakini Ə.Zeynalovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən 2 bükümdə metamfetamin aşkanaraq götürülüb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR