Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-07-2021 [00:06]
Qoç - çalışarkən yaradıcı nüsnaları unutmayın. Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Problemlərin həllində trisial olmayın. Düşüncəniz orijinal, qərarlarınız innovativ olsun.
Sınanmış, köhnə metodlar günün ikinci yarısında işlək olmaya bilər. Eksperimentlər etməkdən qorxmayın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş olun. Qarşınızdakı insanı anlamağa çalışın.
Buğa - ən başlıca məsələ öz qüvvənizə inanmaq, bədgüman olmamaqdır. Çətin vəziyyətdə, ağır situasiyada ruhdan düşməyin. Qətiyyət və nikbinlik uğurun yarısıdır.
Günün ikinci yarısında formalaşan situasiyanı məntiqlə çözməyə çalışın. Çətinlikdən qurtulmaq üçün innovativ qərarlara ehtiyac duyulur. Mühüm məsələləri ailə üzvləri ilə müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planlarınızı yalnız etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.
Əkizlər - yeni perspektivlər yaranır. Kommunikativ olun, problemlərin həllinə yaradıcı yanaşın. Maraqlarınızı bölüşəcək həmfikirlərin sayı arta bilər. Cari işlərdə sizə dəstək ola biləcək insanı arayın.
Günün ikinci yarısında köhnə tanışlardan biri ilə qarşılaşa bilərsiniz. Kəsilmiş münasibətlər arasında bərpaya ehtiyac duyulanlar var. Hisslərə qapılmayın, emosional addımlar atmayın.
Axşam saatlarında yarımçıq işləri tamamlayın.
Stressdən qurtulmağa çalışın.
Xərçəng - günün ilk yarısından etibarən situasiyada gərgin məqamların sayı artacaq. Nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Hisslərinizə hakim olun.
Günün ikinci yarısında həmkarla və ya şəriklə kəskin mübahisələr etməyin. İmpulsiv davranış durumu ağırlaşdıra bilər. Soyuqqanlı olun. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Gəzintiyə çıxa bilərsiniz.
Şir - bir müddət əvvəl işlərinizdə başladığınız fasilə artıq başa çatmalıdır. Aktiv olun, irəliyə doğru hərəkət edin. Yaxın ətrafınızdakı insanlarla səmimi davranın.
Günün ikinci yarıında sakit olun, amma mövqelərinizdən əsla geri çəkilməyin. Diqqətli çalışın, xırdalıqlara və detallara fikir verin. Liderlik məziyyətlərinizi nümayiş edirin. Gərəkli insanlarla əlaqələr qurun.
Təcrübəli insanların biliklərindən yararlanın. İradəli olun, zəifləməyin.
Qız - yeni maraqlara aludə olaraq məqsədi unutmayın. İşin zərərinə olacaq addımlar atmayın. Əks halda işdə rəhbərliyin narazılığı, həmkarların qəzəbi ilə qarşılaşa bilərsiniz.
Nəzərdə tutulmayan, qəfil gəlir istisna deyil.
Günün ikinci yarısında əldə etdiyiniz pulları səpələməyin. Bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları yaxşı işə, faydalı layihəyə yatırmaq olar.
Yaxınlarınızla münasibətlərdə soyuqqanlı davranın. Mənşəyi naməlum xəbərlərə inanmayın. Səbrli, sakit olun.
Tərəzi - uzunmüddətli planlar qurmayın. İllüziyalara qapılaraq imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Ən yaxın vaxtlara hesablanmış işə başlayın və nəticəyə maksimal dərəcədə sürətlə nail olun.
Günün ikinci yarısında sifarişin və ya tapşırığın öhdəsindən gəlmək üçün təcrübənizə güvənin. Məişət qayğıları sizə axşam saatlarında normal istirahət etməyə imkan verməyəcək. İmkan varsa, evdən çıxın, əylənin.
Əqrəb - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli və ötkəm olun. Müvəqqəti çətinliklər sizi ruhdan salmasın. İradəli davranın. Hədəfləri konkretləşdirin, istəklərinizi təftiş edin.
Günün ikinci yarısında nə qədər çox işləsəniz, o qədər sürətli irəliləyişə nail olacaqsınız. Yaradıcılıq üçün gərəkli zamandır. Ailə üzvlərinin qayğılarına biganə qalmayın.
Axşam saatlarında təkbaşına da istirahət edə bilərisniz.
Oxatan - ən mürəkkəb və çətin məsələləri həll edə bilərsiniz. Yeni layihələrə başlamaq, işləri intensivləşdirmək zamanıdır. Biliklərinizi artırın, təcrübənizi daha səbatlı edin.
Günün ikinci yarısında ideyalar mübadiləsi yaxşı nəticələr verəcək. Yeni dostluq əlaqələrinin təməlini qoyun. Mövcud təmaslardakı anlaşılmazlıqları aradan qaldırın.
Ailə üzvləriniz sizi sevindirəcək.
Oğlaq - adi günlərdən fərqli olaraq bu gün ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Mövqeləriniz, fikirləriniz laqeydliklə qarşılanır. Cari işlərin həllində prinsiplərinizə xəyanət etməyin.
Günün ikinci yarısında situasiyanı obyektiv dəyərləndirin. Proseslər əvvəlcədən nəzərdə tutduğunuz məcrada getməzsə, təlaşlanmayın. Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur.
Axşam saatlarında ağır fiziki işlərlə məşğul olmayın. Dostlar və qohumlarla birlikdə vaxt keçirin.
Dolça - günün ilk yarısından təcili həllini tələb edən işlərin sayı artacaq. Zaman keçdikcə situasiyada nizamlanma hiss olunacaq, çətinliklərin sayı azalacaq. Uzun müddətdən bəri gördüyünüz işlə bağlı irəliləyişlər müşahidə olunacaq.
Günün ikinci yarısında səfər, ezamiyyət, səyahət istisna deyil. Yaxşı perspektivlər vəd edən tanışlıq olacaq. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı əməkdaşlığı gücləndirin. Səmimi, qayğıkeş olun.
Balıqlar - səhər saatlarından etibarən maliyyə məsələlərinin həlli çətinləşə bilər. Maddi problemlərə rəğmən narahat olmayın. Saatlar keçdikcə situasiya sabitləşəcək. Təmkinli və səbrli olun.
Günün ikinci yarısında öhdəliklər və vədlərin yerinə yetirilməsi sizdən əvvəlki vaxtlarla müqayisədə daha çox eneji, zaman tələb edəcək. Ruhdan düşməyin. Hər şey yaxşı olacaq.
Axşam saatları müsbət emosiyalar vəd edir. Sevdiyiniz insanla aranızdakı fikir ayrılıqları aradan qalxacaq.
Milli.Az
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib