GENERALIN HƏBS OLUNAN BACISI OĞLU AZADLIQDA... - Rəisin həbsi ilə bağlı yeni xəbər yayıldı (YENİLƏNİB)

img

02-08-2021 [12:03]


Rüşvət almaqda şübhəli bilinərək İyul ayının 23-də həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev azadlığa çıxıb.

Məlumata görə, o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, V.Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur/Unikal.org

****

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq xəbər yayıb.

Bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, V.Babayev 2 iyul 2018-ci ildə SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun əmri ilə Xidmətin Səbail rayon idarəsinə rəis təyin olunmuşdu.

O, bu vəzifəyə respublikanın keçmiş Hərbi Komissarı və sabiq deputat Əliağa Hüseynovun qardaşı oğlu Namiq Hüseynovun yerinə gətirilmişdi.

Xatırladaq ki, Vüsal Babayev general-polkovnik Vaqif Axundovun bacısı oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR