“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təsdiqləndi - Detallar

img

23-07-2021 [14:14]


Prezdident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Mia.az xəbər verir ki, sənədə əsasən, qanunun 41-ci maddəsi aşağıdakı redaksiyada verilib:

Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi

Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir..


Digər xəbərlər
SON XƏBƏRLƏR