UNEC rektoru yeni dərs ili və gözləntilərdən yazdı
23-07-2021 [14:08]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov yeni tədris ilində dərslərin necə təşkil olunacağı barədə rəsmi Facebook səhifəsində öz fikirlərini paylaşıb.
Mia.az rektorun yazısını təqdim edir:
“2020-ci ilin martından başlayaraq Azərbaycanda da distant təhsil alternativsiz yeganə çıxış yolu kimi qəbul edildi. Bütün dünyada olduğu kimi, minlərlə tələbə auditoriyalardan ekran və monitorların arxasına keçdi. Minlərlə müəllim öz mühazirə və məşğələlərini online formada keçirdi. Bu zaman ən çox səslənən fikirlərdən biri ondan ibarət oldu ki, online təhsilə keçid üçün mövcud olmuş bütün maneələrin aradan qalxmasına artıq heç bir problem yoxdur.
Həqiqətdə nə baş vedi?
Doğrudur, distant təhsilə keçid texnoloji olaraq baş verdi. Amma metodoloji keçid baş vermədi. “Dünən” və “bu gün” arasında seçim etdik. Ali təhsilin “sabahı” bu gün diqqət mərkəzindədir. Bu gün də təhsillə bağlı böyük əksəriyyəti düşündürən əsas sual pandemiyanın nə vaxt bitəcəyidir. Bu sualın cavabı, şübhəsiz ki, ənənəvi təhsilə qayıdıb-qayıtmamaqla bağlıdır.
Bu baxımdan iki məsələnin vacib olduğunu düşünürük.
Birincisi, demək olar ki, artıq böyük əksəriyyət qəbul edir ki, əvvəlki formada ənənəvi təhsilə qayıdış mümkün deyil. Heç lazım da deyil.
Bəs necə olsun?
Bu suala artıq cavab da bəllidir. Yəni, yeni təhsilin hibrid formada təşkil edilməsi daha məqsədəuyğundur. Hibrid formada dərslərin təşkilinə keçidin mərkəzləşdirilmiş, yoxsa universitetlər tərəfindən ayrılıqda həyata keçiriləcəyi məsələsi ən qısa vaxt ərzində həllini tələb edir. Hər iki halda müvafiq qərara ehtiyac var. Hətta pandemiyanın davam edəcəyi halda üz-üzə dərslərin təşkilini mümkün edən yanaşmaya da ehtiyacın olduğunu düşünürük. Dərslərin başlayacağı 15 sentyabra az vaxtın qalması bu məsələnin aktuallığını artırır.
İkincisi, distant təhsilin gələcəyinə də aydınlıq gətirmək vaxtıdır. Əminik ki, distant təhsil də dəyişəcək, son üç semestrdə tətbiq edilən distant təhsildən forma və məzmun baxımından əhəmiyyətli dərəcədə fərqli olacaqdır (olmalıdır!). Söhbət ilk növbədə təhsilalanların fərdi təhsil trayektoriyasının təhsilin əsas keyfiyyət amilinə çevrilməsindən gedir. Düşünürük ki, distant təhsillə bağlı da müvafiq yanaşmanın rəsmiləşdirilməsi tələb olunur və burada gecikmək arzuolunmazdır. Ali təhsilin gələcəyi baxımından distant təhsil qarşısında hər hansı bir ciddi maneə görünmür. Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq. Burada da distant təhsilə keçidin mərkəzləşdirilmiş, yoxsa universitetlər tərəfindən ayrılıqda təmin edilməsi əsas sualdır. Keyfiyyətli distant təhsilin həm də eksperimentlər, vaxt, resurs tələb etdyini və bu sahədə beynəlxalq təhsil rəqabətində sürətin həlledici amil olduğunu nəzərə alaraq, hazırkı mərhələdə mərkəzləşdirilmiş keçid məqsədəuyğun görünmür”.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"