"Qarabağ" İsrail komandası ilə sülh bağladı, "Keşlə" isə Rusiyada uduzdu

img

22-07-2021 [22:12]


Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qarabağ" Bakıda İsrailin "Aşdod" klubunu qəbul edib.

Mia.az xəbər verir ki, oyun qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

Xatırladaq ki, 82-ci dəqiqədə Maksim Medvedev rəqibə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Digər komandamız "Keşlə" isə UEFA Konfrans Liqasında uduzub - 0:3.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR