Nəsimi rayonunda Milli Mətbuatın 146 illiyi münasibətilə mətbuat işçiləri ilə görüş keçirilib
PRESS
22.07.2021, 18:20
Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 146 illiyi ilə əlaqədar qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.
İH-dən Mia.az-a verilən məlumata görə, görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirmişdir ki, 146 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir.
Hazırda ölkəmizdə cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.
“Yeni Azərbaycan”qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Xalq Qəzeti” nin baş redaktoru Həsən Həsənov, “Səs”qəzetinin baş reredaktoru Bəhruz Quliyev çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmış, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xətaidə qanunsuz obyekt tikilir? - VİDEO
Bugün, 00:07 CƏMİYYƏT
-
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
09.11.2026, 22:01 SİYASƏT
-
Rəsmi Bakıdan Türkiyəyə başsağlığı: "Xəbər bizi dərindən kədərləndirdi"
09.11.2026, 20:10 SİYASƏT
-
Mehriban Əliyeva: “Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26”
09.11.2026, 19:42 GÜNDƏM
-
Elza Seyidcahan: "Onların pulları ancaq bədən doğratdırmağa gedir"
09.11.2026, 18:08 MƏDƏNİYYƏT
-
Noyabrın 9-dan 15-dək üç bürc sərvət və uğur qazanacaq
09.11.2026, 17:15 CƏMİYYƏT
-
Prezident səfirlə bağlı sərəncam imzaladı
09.11.2026, 16:20 GÜNDƏM
-
Bakıda ağac maşının üzərinə aşıb
09.11.2026, 16:07 CƏMİYYƏT
-
"Bank Respublika"nın imtiyazlı səhmləri: onu kimlər aldı? - Yeni gedişat Azərbaycan və onun bank sektoruna nə vəd edir?
09.11.2026, 15:45 İQTİSADİYYAT
-
Ərdoğan Trampla telefon danışığı haqda suala belə cavab verdi: "Üçurumun kənarındayıq"
09.11.2026, 15:40 GÜNDƏM
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
09.11.2026, 15:15 GÜNDƏM
-
İzmirdə fabrikdə partlayış: 3 nəfər ölüb, 10 nəfər dağıntılar altında qalıb
09.11.2026, 15:03 DÜNYA
-
Mingəçevirdə qazi bıçaqlandı
09.11.2026, 14:21 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
09.11.2026, 12:30 CƏMİYYƏT
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09.11.2026, 11:04 GÜNDƏM
-
İlham Əliyev Kamboca Kralına məktub ünvanlayıb -MƏTN
09.11.2026, 10:59 GÜNDƏM
-
"Ya da müharibəni, ya cəhənnəmi seçin" - İran XİN başçısından ABŞ-a açıq xəbərdarlıq
09.11.2026, 10:23 DÜNYA
-
Mehriban Əliyeva: "Qoy sonsuz qürur mənbəyimiz olan..." - FOTO
09.11.2026, 09:21 GÜNDƏM
-
"Mətbuata servis olunan bu foto adamın qanını qaraldır"
09.11.2026, 09:05 CƏMİYYƏT
-
İlham Əliyevdən paylaşm: "Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
09.11.2026, 00:05 GÜNDƏM
-
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
09.11.2026, 00:01 GÜNDƏM
-
Ərdoğan Azərbaycandan belə yola salındı - FOTOLAR
08.11.2026, 20:54 GÜNDƏM
-
Prezident və xanımı adından Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR
08.11.2026, 20:09 GÜNDƏM
-
Şahbuza mövsümün ilk qarı yağır - FOTOLAR
08.11.2026, 18:35 CƏMİYYƏT
-
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı keçirlib - VİDEO
08.11.2026, 18:31 MƏDƏNİYYƏT
-
"HEÇ KİM ARAMIZA GİRƏ BİLMƏZ" - Ərdoğan Qarabağda Azərbaycan prezident ilə görüşdü, mühüm bəyanat və mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənb)
08.11.2026, 18:30 GÜNDƏM
-
ƏLİYEVLƏ ƏRDOĞANIN ŞUŞA GÖRÜŞÜNƏ DAMĞA VURAN GÖRÜNTÜ... - FOTO
08.11.2026, 18:13 SİYASƏT
-
İlham Əliyevlə Ərdoğan Xocalı Soyqırımı və Şuşa qalası önündə - FOTOLAR
08.11.2026, 17:53 GÜNDƏM
-
Birinci xanımlar çay masasında söhbətləşdi - FOTOLAR
08.11.2026, 17:13 GÜNDƏM
-
Türkiyə dövləti Ağdamda məktəb tikir: "Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik"
08.11.2026, 16:20 GÜNDƏM
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsini ziyarət ediblər - FOTOLAR
08.11.2026, 16:14 GÜNDƏM
-
Ərdoğan: "İlham Əliyevin liderliyi ilə Azərbvaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi"
08.11.2026, 16:12 GÜNDƏM
-
ƏLİYEV VƏ ƏRDOĞAN AİLƏLƏRİ İLƏ BİR ARADA - FOTOLAR
08.11.2026, 15:20 GÜNDƏM
-
Ərdoğan Qarabağda: “Gözəl şeylər hiss edirik, hava da gözəldir” - VİDEO
08.11.2026, 14:27 GÜNDƏM