Suraxanıda narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
22-07-2021 [15:57]
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbəsi ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə,əməliyyat zamanı əvvəlcə Suraxanı rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan Ramil Babayev saxlanılıb. Onun üzərindən və evindən külli miqdarda heroin və “patı” adlanan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində əsasən Zığ qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Qeyd edək ki, Ramil Babayev ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün “Sedoy” adından istifadə edirmiş.
Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Tərlan Həsənov da saxlanılıb. Onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürülüb. Tərlan Həsənov izahatında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Həmçinin, növbəti əməliyyat tədbiri zamanı Aytən Şıxheybətova Vüsal Manafov və Ümid Nəcəfov saxlanılaraq polis idarəsinə gətirilib və onların üzərlərindən külli miqdarda heroin aşkar edilərək götürülüb. Bu şəxslər də izahatlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)