Hidrogen enerjisinə 500 milyard dollar investisiya yatırılacaq

img

22-07-2021 [15:08]


Enerji, sənaye və nəqliyyat sektorlarında ənənəvi yanacağa alternativ olaraq qəbul edilən hidrogen enerjisinə 2030-cu ilə qədər 500 milyard ABŞ dolları investisiya qoyulması planlaşdırılır.

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Belçika mərkəzli “McKinsey & Company” konsaltinq şirkətinin "Hidrogen Proqnozlarının Yeniləməsi" hesabatında bildirilib.

Hesabata əsasən, bugünə qədər qlobal miqyasda ümumilikdə 359 böyük hidrogen lalyihəsi təqdim olunub.

Bu investisiyalar arasında 141 layihə ilə neft emalı zavodları, ammonyak və metanol istehsalı, polad sənayesi və sənaye xammalı istehsalı kimi böyük tutumlu sənaye layihələri yer alır.

Nəqliyyatda hidrogen istifadəsini əhatə edən layihələrin sayı 96 olub ki, burda da, qatarlarda, gəmilərdə, yük maşınlarında və minik avtomobillərində hidrogen istifadəsi kimi sahələr önə çıxır.

Bu layihələrdən 56-sı hidrogenin son istifadəçiyə çatdırılması və istifadəsinə yönəldilməsinə, 38 layihə hidrogen paylanması və saxlanmasına, ümumilikdə 28 layihə, 1 qiqavatdan böyük olan aşağı karbonlu hidrogen istehsal müəssisələri yaratmaq və ya inkişaf etdirilməsini hədəfləyir.

Ümumi investisiya məbləğinin təxminən 150 milyard ABŞ dolları layihələrin planlaşdırma və tikinti mərhələlərini əhatə edir, hal-hazırda fəaliyyət göstərən layihələr də dəstəklənir.

Bundan başqa, aşağı karbonlu hidrogen istehsal gücünün 2030-cu ilədək hər il 10 milyon tona çatacağı proqnozlaşdırılır.

İstehsal edilən hidrogenin 70 %-nin yenilənə bilən mənbələrdən əldə edilməsi hədəflənir. Digər 30 %-lik hissə isə karbon tutma, saxlama texnologiyaları və ya ənənəvi mənbələrdən istifadə edilməkə istehsalı planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR