Gürcüstanda daha bir dəhşətli olay: azərbaycanlı ailənin evinə basqın oldu, 2 nəfər öldürüldü, 2 yaralı var

img

21-07-2021 [11:14]


Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində qətl törədən 1992-ci il təvəllüdlü E.A. adlı şəxs saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin şəxs ağırlaşdırıcı hallarda iki və ya da çox ailə üzvünün qəsdən qətlə yetirilməsində və ağırlaşdırıcı hallarda iki və ya da çox ailə üzvünün qətlinə cəhddə ittiham olunur. Onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs iyulun 21-nə keçən gecə keçmişdə baş verən münaqişə zəminində 1994-cü il təvəllüdlü Q.P. adlı keçmiş həyat yoldaşı və onun atası, 1969-cu il təvəllüdlü İ.P. adlı şəxsi öz evlərində odlu silahla qətlə yetirib.

Yaralanan şəxslər isə qadının anası və qardaşıdır. Onlar xəstəxanaya çatdırılıb və həyatları təhlükədə deyil.

Qətli törədən şəxs “isti izlər”lə insidentdən bir neçə saat sonra saxlanılıb. Polis odlu silahı maddi sübut kimi müsadirə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR