Xan Şuşinskinin qızı: "Bu etimadı şərəflə, vicdanla doğruldacağam"

img

16-07-2021 [22:33]


"Bu ğün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İçtimai Şuraya üzv seçildim. Seçkidə məni dəstəkləyən bütün həmkarlarıma QHT rəhbərlərinə dərin hörmətlə təşəkkürümü bildirərək 100 ildən çox Azərbaycan Mədəniyyətinə şərəflə xidmət edən bir ailənin üzvü dahi sənətkarın övladı olaraq, bu etimadı şərəf, ləyaqət və vicdanla doğruldacağam".

Mia.az xəbər verir ki, bu sözləri Xan Şuşinski Fondunun rəhbəri, dahi Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva deyib.

O daha sonra bildirib ki, bu, həm də həmkarları tərəfindən bu il yaranmasının 10 ili tamam olan "Xan Şuşinski fondu"nun fəaliyyətinə verilən dəyərdir:

"Seçki tam şəffaflıqla keçirildi.Seçkidə uğur qazanan bütün həmkarlarımı ürəkdən təbrik edərək hər birinə yeni nailiyyətlər arzulayıram".

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya (İŞ) seçkilərin ikinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 8 namizəd İctimai Şuranın üzvü seçilib.

Siyahı ilə bu linkdən tanış la bilərsiniz:

https://mia.az/w1018050/bu-sexsler-medeniyyet-nazirliyi-yaninda-ictimai-suranin-uzvleri-oldu-siyahi-2021-07-16-215518

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub