Tanınmış aşıqdan polisə şikayət olundu: "Məni döyüb, seksual hərəkətlər etdi" - Açıqlama
16-07-2021 [12:41]
Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Mia.az xəbər verir ki, şikayətçi E.R. (şərtidir - "Report") hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.
N.Fərhadoğlu "Report"a açıqlamasında qeyd olunan şikayət üzrə polis şöbəsinə çağırıldığını və ifadə verdiyini təsdiqləyib.
Lakin o, barəsində verilən ittihamları qəbul etmədiyini, bunun yalan və şər olduğunu bildirib.
N.Fərhadoğlu onda kamera görüntülərinin olduğunu bildirərək bunları polisə təqdim edəcəyini deyib.
"Həmin qadın mənə deyib ki, tanışın çoxdur və oğlumu məktəbə düzəlt. Mən də ona demişəm ki, mənim orada tanışım yoxdur. Axı, sən mənim əmimqızı deyilsən, dayımqızı deyilsən və real həyatda da səni tanımıram. Sən mənə de ki, oğluma saz öyrət, onu efirə çıxart və s . - bunları edə bilərəm. Başa düşmürəm, axı qadını niyə döyməliyəm? Qadını döyərlər heç? Bu, sadəcə olaraq bir tanış aşığın oyunudur. Hazırda polisdə araşdırma aparılır", - aşıq Namiq Fərhadoğlu əlavə edib.
Qeyd edək ki, Aşıq Namiq adı daha çox qalmaqallarda hallanan sənət adamıdır. Bundan əvvəl də N.Fərhadoğlu barəsində hüquq-mühafizə orqanlarına analoji şikayət edilmişdi. Belə ki, ötən ilin oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb. İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib. Məhkəmənin qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq